...

Monteneqro Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır

Siyasət Materials 30 May 2013 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A.Tağıyeva/

Monteneqro Azərbaycan ilə bütün sahələrdə, xüsusilə mədəniyyət və təhsil sahələrində əməkdaşlığı genişləndirməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Monteneqronun mədəniyyət naziri Borislav Mikonoviç Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun sessiyasında çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, Monteneqro və Azərbaycan arasında diplomatik münasibətlər 2008-ci ildən inkişaf etməyə başlayıb: "Biz bütün sahələrdə Azərbaycan ilə münasibətləri inkişaf etdirməyə çalışırıq".

Mikonoviç bildirib ki, Cənub-Şərqi Avropa ölkələrində uzun müddət ərzində bir çox etnik və dini mədəniyyət nümayəndələri yaşayıblar. Nazir qeyd edib ki, bu regionun sakinləri mədəni dəhliz yaratmaq üslubunu tapıblar.

Mikonoviç bildirib: "Monteneqro Qafqaz və Mərkəzi Asiya ərazisinədək mədəni dəhlizi inkişaf etdirmək arzusundadır ki, bu da Cənub-Şərqi Avropa ölkələrinin Qafqaz və Asiya regionu ilə münasibətlərinin inkişafına yardım edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti