...

İlham Əliyev ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşavirini qəbul edib

Siyasət Materials 4 İyun 2013 18:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyni qəbul etmişdir.
İlham Əliyev ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşavirini qəbul edib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyni qəbul etmişdir.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatların Prezidenti Barak Obamanın məktubunu dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev ABŞ Prezidenti Barak Obamanın məktubuna görə minnətdarlığını bildirdi.

Söhbətdə XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyəti vurğulandı, Azərbaycan Respublikası ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərimizin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti