...

YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi (FOTO)

Siyasət Materials 7 İyun 2013 13:20 (UTC +04:00)
Bakıda, “Buta” sarayında iyunun 7-də Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilib
YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi (FOTO)

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Bakıda, "Buta" sarayında iyunun 7-də Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilib. YAP-ın 600 mindən çox üzvünü təmsil edən nümayəndələr partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevi hərarətlə qarşıladılar.

Partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi.

Dövlətimizin başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs etdi.

Sonra YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov, YAP Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Aytən İsmayılova, Laçın rayonu Ağsaqqallar Şurasının sədr müavini Əmirxan Zeynalov, Bakı Dövlət Universitetinin tələbəsi Yavər Məmmədova, Milli Məclisin deputatı Yevda Abramov, Masallıdan müəllimə Mehparə Məmmədova çıxış etdilər.

Daha sonra YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərar layihəsini oxudu.

Qurultay 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi.
Sonra təşkilati məsələlərə baxıldı.

Prezident İlham Əliyev yekdil səslə yenidən YAP-ın sədri seçildi.

Sonra partiyanın 90 nəfərlik siyasi şurasının, 21 nəfərlik idarə heyətinin və 15 nəfərlik mərkəzi nəzarət-təftiş komissiyasının tərkibi seçildi.

Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirdi və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan etdi.

Qurultay Azərbaycanın dövlət himninin səslənməsi ilə başa çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti