...

İyunun 11-13 tarixlərində Fransada mülki aviasiya həmkarları aksiya keçirəcək

Siyasət Materials 9 İyun 2013 22:38 (UTC +04:00)
İyunun 11-13 tarixlərində Fransada əməkdaşların sosial maraqlarının müdafiəsi məqsədilə mülki aviasiya həmkarları aksiya keçirəcək.
İyunun 11-13 tarixlərində Fransada mülki aviasiya həmkarları aksiya keçirəcək

Azərbaycan, Bakı, 9 iyun / Trend /

İyunun 11-13 tarixlərində Fransada əməkdaşların sosial maraqlarının müdafiəsi məqsədilə mülki aviasiya həmkarları aksiya keçirəcək. Trend RİA Novostiyə istinadən xəbər verir ki, həmkarların bu cür qərar verməsinə səbəb Avropa Komissiyası tərəfindən Vahid Avropa Hava Məkanının yaradılması haqqında təşəbbüsü olub.

Məlumatda deyilir ki, bu təşəbbüsün reallaşdırılması hava marşrutlarının məhdudlaşdırılmasına gətirib çıxaracaq, təyyarələrin sayı və havaya atılan zəhərli maddələr azalacaq.

Qeyd edək ki, həmkarların keçirəcəyi aksiya Fransanın bütün aeroportlarının işinin dayanmasına səbəb olacaq. Mülki Aviasiyanın baş idarəsi aviaşirkətlərə müraciət edərək, aksiyaya görə, Paris, Lion, Nits, Marsel, Bov, Tuluza və Bordo hava limanlarından uçuşları 50 faizədək məhdudlaşdırmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti