...

Bakıda İƏT Parlament İttifaqının İcraiyyə Komitəsinin iclası işə başlayıb

Siyasət Materials 19 İyun 2013 10:37 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclası çərşənbə günü Bakıda öz işinə başlayıb.
Bakıda İƏT Parlament İttifaqının İcraiyyə Komitəsinin iclası işə başlayıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclası çərşənbə günü Bakıda öz işinə başlayıb.

Trend-in məlumatına görə, iki gün ərzində keçiriləcək iclasın gündəliyinə 11 məsələ daxil edilib.

İclasda İƏT Pİ-nin baş katibinin hesabatı dinləniləcək. Müzakirələr islam ölkələri arasında siyasi və iqtisadi əlaqələrin, biznes sahəsində əməkdaşlığın, ətraf mühit, insan hüquqları, ailə və qadın məsələlərini əhatə edəcək.

İclasın sonunda birgə kommünikenin imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti