...

Komitə sədri: Türk diaspor təşkilatlarının əməkdaşlığı türk dünyasının gücünə güc qatacaq

Siyasət Materials 21 İyun 2013 11:27 (UTC +04:00)
Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I forumunu baş tutmuş hesab etmək olar.
Komitə sədri: Türk diaspor təşkilatlarının əməkdaşlığı türk dünyasının gücünə güc qatacaq

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I forumunu baş tutmuş hesab etmək olar.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin arzusu olan ideya artıq gerçəkləşməyə başlayıb:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və nəzarəti ilə türk dünyasında ardıcıl addımlar atılmağa başlanılıb. Bir müddətdən sonra türk dövlətlərinin diaspor rəhbərlərinin forumunu baş tutmuş hesab etmək olar. Dünyanın bir neçə ölkəsindən bu foruma 450-dən çox qonaq gəlib. Türkiyə, Qazaxıstan, Qrığızıtan və Azərbaycanın diaspor təşkilatlarının rəhbərləri burada iştirak edirlər. Bu özliyində hadisə olaraq bir ilkdir."

Komitə sədrinin fikrincə, türk diaspor təşkilatlarının əməkdaşlığı türk dünyasının gücünə güc qatacaq:

"2007-ci ildə Türkiyə və Azərbaycanın diaspor təşkilatlarının Bakı forumu keçirilib. Sonra Bakıda Türk qurultayı oldu. Amma böyük coğrafiyada Qazaxıstan və Qırğızıstanın iştirakı ilə ilk dəfə belə bir forum keçirilir. Hesab edirəm ki, bu, türk dünyasının birliyi yönündə atılan mühüm addımlardan biridir. Bundan sonra 4 ölkənin diaspor təşkilatları problemlərin həllində birlik göstərərək gücümüzə güc qatacaq və ölkələrin səsi daha yüksəkdən səslənəcək. Bizim dövlətlər üçün bu məsələnin çox böyük əhəmiyyəti var. Çünki yeni müstəqillik qazanmış ölkələr olaraq dünyada tanınmağımıza böyük ehtiyac var. Bu tanıdılmada kökümüz, qanımız bir olan dövlətlərin diaspor təşkilatlarının yanımızda olması çox mühüm əhəmiyyət kəsb edir".

İbrahimov bildirib ki, tədbirdə prioritet olaraq ilk öncə strategiya qəbul olunacaq:

"Bu strtageiyada ana xətt olaraq diaspor təşkilatlarının daha da inkişafını, birliyini və dünyanın müxtəlif ölkələrində yaşayan diasporların faəliyətini təmin etmək, bu istiqamətdə fəaliyyət göstərməkdir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti