...

TÜRKPA-nın nümayəndə heyəti Avropa Parlamentinə səfər edib

Siyasət Materials 24 İyun 2013 10:59 (UTC +04:00)
TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları Avropa Parlamentində səfərdə ediblər. Səfər iyunun 27-dək davam edəcək.
TÜRKPA-nın nümayəndə heyəti Avropa Parlamentinə səfər edib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları Avropa Parlamentində səfərdədirlər. Səfər iyunun 27-dək davam edəcək.

TÜRKPA Beynəlxalq Katibliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, TÜRKPA nümayəndə heyəti Brüsseldə Avropa Parlamentinin İnkişaf Komitəsinin toplantısında, eyni zamanda Fransadan olan inkişaf sahəsi üzrə məsul nazirlə fikir mübadiləsində iştirak edəcəklər.

Proqram üzrə göstərilən digər tədbirlərə AVRONEST Parlament Assambleyasının yaradılması və fəaliyyətinə dair təqdimatı, Avropa Parlamenti nümayəndə heyətlərinin xarici parlamentlərə və Avropa Parlamentinin beynəlxalq əlaqələrinə təqdimatı, Aralıq Dənizi Parlament Assambleyası Birliyinin fəaliyyətinə dair təcrübə və dərslərin, eyni zamanda AvroLat Parlament Assambleyasının fəaliyyətinə dair təcrübə və dərslərin təqdimatı, Avropa Parlamenti Nümayəndə heyətinin görüşlərinin keçirilməsi məqsədilə katibliyin texniki işlərinin təqdim edilməsi, Media müdirliyinin, sosial şəbəkələr, mətbuatla işləmə qaydalarının təqdimatı kimi məsələlər daxildir.

Səfər çərçivəsində TÜRKPA nümayəndə heyətinin Avropa Parlamentinin Parlament Diplomatiyasının İnkişafı Ofisinin direktoru Dick Toornstra ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, TÜRKPA nümayəndə heyətinə TÜRKPA Baş katibinin müavini Kürşad Melih Sarıarslan rəhbərlik edir. Heyətin tərkibinə TÜRKPA Beynəlxalq əlaqələr komissiyasının katibi Emin Həsənov, Sosial, Mədəni və humanitar məsələlər üzrə komissiyanın katibi Marat Askarov, İqtisadi, Ticarət və maliyyə məsələləri üzrə komissiyanın katibi Dastan Urmanbetov və Arxiv və dəftərxana işləri üzrə katib Elay Pənahlı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti