...

Obama: Mursi müxalifətə hörmət etməlidir

Siyasət Materials 2 İyul 2013 03:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

ABŞ Prezidenti Barak Obama Misir Prezidenti Məhəmməd Mursinin demokratik bir şəkildə seçildiyini və buna görə də müxalifətə hörmətlə yanaşmalı olduğunu bildirib.

Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, Cənubi Afrika Respublikasından sonra Tanzaniyaya səfər edən Obama Misirdəki nümayişlərlə əlaqədar açıqlama verib: "Nümayişlərdə şiddətin səviyyəsi indiyə qədər qorxulu həddə çatmayıb, lakin belə bir vəziyyət potensial olaraq mövcuddur".

Həm hökumət, həm də müxalifəti şiddətə meyl etməməyə çağıran ABŞ Prezidenti bildirib ki, Mursi demokratik şəkildə Prezident seçildi, lakin indi Mursi hökuməti müxalifətə və narazı qruplara hörmət etməlidir.

Xəbər lenti

Xəbər lenti