...

Acarıstan hökumətinin rəhbəri Bakıda rəsmi görüşlər keçirəcək

Siyasət Materials 5 İyul 2013 18:46 (UTC +04:00)
Acarıstan hökumətinin rəhbəri Arçil Xabadze və Batumi sakrebulosunun (nümayəndəlik) başçısı İrakli Çavleişvili bu gün Bakıda Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubov ilə görüşəcək.
Acarıstan hökumətinin rəhbəri Bakıda rəsmi görüşlər keçirəcək

Gürücstan, Tbilisi, 5 iyul /Trend, müxbir N.Kirsxaliya/

Acarıstan hökumətinin rəhbəri Arçil Xabadze və Batumi sakrebulosunun (nümayəndəlik) başçısı İrakli Çavleişvili bu gün Bakıda Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubov ilə görüşəcək.

Acarıstan hökumətinin nümayəndə heyəti iyulun 4-də Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə cümə günü Trend-ə Acarıstan Muxtar Respublikası hökumətinin mətbuat xidmətindən bildiriblər.

Səfər çərçivəsində, həmçinin gənclər və idman naziri Azad Rəhimovla görüş keçiriləcək. Görüşdə dəniz təhlükəsizliyi, müxtəlif idman növləri və iqtisadi və turizm sahələrinin inkişaf məsələləri müzakirə ediləcək.

Arçil Xabadze "F2 Baku Grand Prix" çempionatının təşkilatçıları ilə birlikdə Bakıda biznes-mərkəzdə F2 çempionatına və müxtəlif dəniz idman tədbirlərinə baş çəkəcək. O, həmçinin qaliblərin mükafatlandırılması mərasimində iştirak edəcək.

Acarıstan hökumətinin rəhbəri analoji çempionatın 2014-cü ildə Batumidə keçiriləcəyi barədə qərar qəbul edildikdən sonra çempionata baş çəkmək fikrinə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti