...

İlham Əliyev dünyanın 50-dən çox universitetini təmsil edən gənclər arasında keçirilən səsvermədə "İlin dövlət başçısı" seçilib

Siyasət Materials 8 İyul 2013 16:46 (UTC +04:00)
Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında onlayn keçirilən sorğuya əsasən, Azərbaycan Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib.
İlham Əliyev dünyanın 50-dən çox universitetini təmsil edən gənclər arasında keçirilən səsvermədə "İlin dövlət başçısı" seçilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında onlayn keçirilən sorğuya əsasən, Azərbaycan Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbuldakı Beynəlxalq Katibliyindən Trend-ə bildiriblər ki, bu barədə qərar DƏ-İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modelinin Sammitinin bağlanış mərasimində elan edilib.

"İlin dövlət başçısı" nominasiyasında iştirak etmiş və İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev bu nominasiyanın qalibi olub.

Tədbirin bağlanış mərasimində qərarı elan edən İƏT Modeli Sammitinin hazırlıq komitəsinin sədri və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru professor Abdulaziz Berqut bildirib ki, Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.

Üçüncü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin "İlin dövlət başçısı" mükafatının modelin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə təqdim edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti