...

ABŞ Dövlət Departamenti Maqnitskinin ölümdən sonra mühakiməsini tənqid edib

Siyasət Materials 12 İyul 2013 05:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

ABŞ Dövlət Departamenti Sergey Maqnitskinin ölümdən sonra mühakiməsini tənqid edib. Trend-in RBK-ya istinadən verdiyi xəbərə görə, iyulun 11-də Tver məhkəməsi Maqnitskini vergidən yayınmada günahlandırıb.

Məlumata görə, Maqnistki 2009-cu ildə vəfat edib.

"Biz Maqnitskinin ölümdən sonra mühakiməsindən təəssüflənirik. Məhkəmə yalnız ədalət istəyən insanların səylərini boşa çıxardı. Biz Maqnitskinin ölümündə günahkar olanların cəzalandırılmasını istəyirik və Rusiyada buna nail olmağa çalışan adamları dəstəkləməkdə davam edəcəyik" - deyə Dövlət Departamentinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti