...

Ağ Evin Protokol xidmətinin rəhbəri: ABŞ Azərbaycanla münasibətlərinin inkişafına xüsusi önəm verir (FOTO)

Siyasət Materials 16 İyul 2013 10:36 (UTC +04:00)
ABŞ Dövlət Protokol xidmətinin rəhbəri səfir Kaprişia Penavik Marşalın (Capricia Penavic Marshall) vəzifə müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Səfirliyi tərəfindən rəsmi ziyafət verilib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi xəbər verir.
Ağ Evin Protokol xidmətinin rəhbəri: ABŞ Azərbaycanla münasibətlərinin inkişafına xüsusi önəm verir (FOTO)

Azərbaycan, Bakı, 16 iyul / Trend, müxbir S.Əhmədova /

ABŞ Dövlət Protokol xidmətinin rəhbəri səfir Kaprişia Penavik Marşalın (Capricia Penavic Marshall) vəzifə müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Səfirliyi tərəfindən rəsmi ziyafət verilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi xəbər verir.

Məlumatda deyilir ki, ziyafətdə diplomatik korpusun nümayəndələri, səfirlər, Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri, aparıcı analitik mərkəzlərin mütəxəssisləri və konqresmenlər iştirak ediblər.

Tədbirdə səfir Elin Süleymanov açılış nitqi ilə çıxış edərək, fəaliyyəti dövründə xanım Marşalın əvəzsiz xidmətlərindən bəhs edib və bu xüsusda diplomatik missiyalarla ABŞ Administrasiyası arasında qarşılıqlı faydalı münasibətlərin qurulmasına verdiyi tövhəni xüsusi qeyd edib. Xanım Marşalı ABŞ-ın görkəmli diplomatı kimi xarakterizə edən səfir E.Süleymanov K.Marşala diplomatik korpusa göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən səfir K. Marşal məsuliyyətli vəzifəsinin qüsursuz yerinə yetirilməsində əməkdaşlıq edən hər kəsə öz minnətdarlığını ifadə edib. K. Marşal xüsusilə ABŞ və Azərbaycan arasında dost münasibətlərin ruhunun bütün əməkdaşlıq sahələrində əks olunmasından məmnun olduğunu qeyd edib və ABŞ-ın Azərbaycanla münasibətlərinin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Sonda xanım Marşala Azərbaycan Səfirliyi adından xatirə lövhəsi təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti