...

ATƏT milli azlıqlar üzrə yeni ali komissar təyin edib

Siyasət Materials 17 İyul 2013 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir S.Əhmədova/

ATƏT milli azlıqlar üzrə yeni ali komissar təyin edib. Bu barədə Trend təşkilatın rəsmi saytına istinadən məlumat verir.

Məlumatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara Finlandiyadan olan siyasətçi Astrid Thorsun təşkilatın milli azlıqlar üzrə ali komissarı təyin olunmasını alqişlayır.

Thors 2004-cü ildən Finlandiya parlamentinin üzvü olub. O, həmçinin Finlandiyanın miqrasiya və Avropa işləri naziri vəzifəsində çalışıb və Avropa Parlamentinin üzvü olub. Onun ATƏT-in milli azliqlar üzrə ali komissarı vəzifəsinə təyin olunması ATƏT-ə üzv olan 57 ölkənin konsensus qərarıdır.

L.Kojara Milli azlıqlar üzrə Ali Komissarlıq instituna güclü dəstəyini bir daha vurğulayıb: "Bu, münaqişələrin hələ ilkin mərhələlərdə qarşısının alınması üçün ATƏT-in unikal institutudur və müxtəlifliyin, inteqrasiyanın qorunması və təşviqi yoludur".

A.Thors yeni vəzifəsinin icrasına avqustun 20-də başlayacaq. Qeyd edək ki, o, ali komissar Knut Vollebayeki əvəz edəcək.

Öz növbəsində, Thors bildirib ki, təşkilata üzv ölkələrlə işləməyə səbirsizlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti