...

Əhməd Davudoğlu: Türkiyə sərhədlərinə qarşı istənilən təhlükə qətiyyətlə aradan qaldırılacaq

Siyasət Materials 19 İyul 2013 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Tağıyeva/

Haradan gəlməsindən asılı olmayaraq, Türkiyə sərhədlərinə qarşı istənilən təhlükə qətiyyətlə aradan qaldırılacaq. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya-Türkiyə sərhədində baş vermiş hadisəni şərh edərkən deyib.

Nazirin sözlərinə görə, Suriya rejimi ölkədə etniklərarası və məzhəblərarası müharibəni qızışdırmaqla digər ölkələri də münaqişəyə cəlb etməyə çalışır.

Davudoğlu hamını təxribatlara uymamağa və bu məsələ ilə bağlı tələsik qərarlar qəbul etməməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti