Azərbaycan, Bakı, 22 iyul /Trend/
Dağıstan rəhbəri vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov respublika hökumətini istefaya göndərib. Bu barədə Trend bazar ertəsi "İnterfaks" agentliyinə istinadən məlumat verir.
Məlumata görə, istefa qərarı bu gün Dağıstanın sosial-iqtisadi vəziyyəti üzrə keçirilən iclasda açıqlanıb.
Hökumət sədri səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə Anatoli Karibov təyin edilib.