...

ABŞ Suriyaya zərbə planı hazırlayıb

Siyasət Materials 23 İyul 2013 05:51 (UTC +04:00)
ABŞ hərbçiləri ehtiyac yaranacağı təqdirdə, Suriya ordusunun obyektlərinə hava hücumundan müdafiə sistemləri və komanda məntəqədələrindən məhdudlaşdırılmış məsafəli zərbələr endirmək üzrə plan hazırlayıblar.
ABŞ Suriyaya zərbə planı hazırlayıb

Azərbaycan, Bakı, 23 iyul /Trend/

ABŞ hərbçiləri ehtiyac yaranacağı təqdirdə, Suriya ordusunun obyektlərinə hava hücumundan müdafiə sistemləri və komanda məntəqələrindən məhdudlaşdırılmış məsafəli zərbələr endirmək üzrə plan hazırlayıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Qərargah rəislərinin birləşmiş komitəsinin sədri Martin Dempsi deyib.

M.Dempsi bildirib: "Potensial məqsəd hava hücumundan müdafiə qüvvələri, Hərbi Hava Qüvvələri, "yer-yer" tipli raketlər, raket qurğuları, donanma, yardımçı hərbi obyektlər və komanda məntəqələrini birləşdirir".

Onun sözlərinə görə, belə hücumlar üçün yüzlərlə təyyarə, gəmi, sualtı qayıq və digər vasitələr tələb olunur: "Xərclər milyardlarla ölçülə bilər".

Qeyd edək ki, rəsmi Vaşinqton Prezident Bəşşar Əsəd rejimi ilə silahlı mübarizə aparan Suriya müxalifətini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti