Azərbaycan, Bakı, 27 iyul /Trend/
İyulun 25-də qətlə yetirilmiş Tunis müxalifətinin lideri Məhəmməd Brami və bu il fevral ayının 6-da öldürülmüş solçu lider Şokri Belaid eyni silahla qətlə yetirilib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Tunisin daxili işlər naziri Lütfi bin Ceddu bildirib.
Nazir əsas şübhəli şəxs qismində ekstremist Bubakar Hakimin axtarışa verildiyini vurğulayıb.
Axtarışda olan şəxs silah qaçaqmalçılığında da ittiham edilir.