Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyət və Türkiyə-Suriya sərhədində gərginliyin artması ilə əlaqədar bu gün təcili iclas keçirəcək.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, iclasda Türkiyə Baş nazirinin müavinləri və bir sıra nazirlər iştirak edəcəklər.