Azərbaycan, Bakı, 31 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu gün Azərbaycan-İsveçrə münasibətləri hərtərəfli inkişaf etməkdədir. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".
İlham Əliyev Ueli Maurerə möhkəm cansağlığı, işlərində uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Dövlət başçısı, həmçinin Benin Respublikasının Prezidenti Boni Yayiyə təbrik məktubu göndərib.
Məktubda qeyd olunur: "Benin Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Benin arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Benin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".