...

Bu gün Yəməndə bir sıra ölkələrin səfirlikləri bağlanıb

Siyasət Materials 4 Avqust 2013 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Bu gün Yəməndə Böyük Britaniyanın və Almaniyanın səfirlikləri bağlanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, səfirliklər avqustun 5-də də işləməyəcək.

Məlumatda deyilir ki, səfirliklərin fəaliyyətinin dayandırılmasının səbəbi təhlükəsizliklə əlaqədardır.

Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını Yəməni tərk etməyə çağırıb.

Bir müddət əvvəl xəbər verilmişdi ki, avqustun 4-də Fransanın bu ölkədəki səfirliyi də işləməyəcək.

Bu gün həmçinin, ABŞ-ın Bəhreyndə, İsraildə, İordaniyada, Küveytdə, Liviyada, Omanda, Qatarda, Səudiyyə Ərəbistanında, Yəməndə, Əfqanıstanda və Banqladeşdə olan səfirlikləri də fəaliyyətini dayandırıb.

Vaşinqton "Əl-Qaidə" tərəfindən terror aktlarının həyata keçirilməsindən ehtiyatlanır.

Xəbər lenti

Xəbər lenti