...

Prezident: Səfirlərin danışıqlarının yayılması Litvaya qarşı təxribatdır

Siyasət Materials 5 Avqust 2013 13:16 (UTC +04:00)
Litvalı səfirlərin ehtimal edilən danışıqlarının internetdə yerləşdirilməsi Litvanın və ölkənin Avropa İttifaqı Şurasında sədrliyinə qarşı yönəldilmiş təxribatdır.
Prezident: Səfirlərin danışıqlarının yayılması Litvaya qarşı təxribatdır

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir E. Tariverdiyeva/

Litvalı səfirlərin ehtimal edilən danışıqlarının internetdə yerləşdirilməsi Litvanın və ölkənin Avropa İttifaqı Şurasında sədrliyinə qarşı yönəldilmiş təxribatdır. Trend-in bazar ertəsi "15min.lt" saytına istinadən verdiyi məlumata görə, bu barədə Litva Prezidenti Dalya Qribauskayte deyib.

Prezidentin fikrincə, bu, eyni zamanda Litva diplomatik xidməti üçün yaxşı dərs və irəliyə stimuldur.

Qribauskayte bildirib: "Mən bu vəziyyəti iki cür dəyərləndirməyə meyilliyəm. Birincisi, bunu təxribat kimi qiymtləndirirəm. Yəni, ictimai məkanda ictimai olmayan danışıqlar ortaya çıxıb. Bu, həqiqətən də Litvaya, Aİ-nin Nazirlər Şurasına sədrlik edən ölkəyə, yəni bizə qarşı təxribatdır. Litva "Şərq tərəfdaşlığı" görüşünü təşkil edir, həmin proqramda isə danışıqlarda müzakirə edilən dövlətlərdən biri iştirak edir".

Prezident iddia edir ki, yayılan danışıqların özü isə olduqca qeyri-peşəkardır: "Digər tərəfdən, bu danışıqlar olduqca qeyri-peşəkardır və diplomatik xidmətlə uyğunlaşmır. Əgər danışıqların məzmunu belə olmasaydı, təxribat törətmək də mümkün olmazdı. Fikrimcə, bu, irəliyə getmək, rahatlanmamaqla bağlı bütün diplomatik xidmət üçün yaxşı dərsdir".

Qeyd edək ki, ötən cümə günü Litvanın iki səfiri - Renatas Yuşka və Arsturas Jurauskas Litva Xarici İşlər Nazirliyinə çağırılıblar. Buna səbəb XİN Baş Müfəttişliyinin adıçəkilən diplomatların söhbətinin lent yazısının Youtube.com saytında yayıması məsələsi üzrə araşdırmaya başlamasıdır.

XİN-in mətbuat katibi Rasa Yakilaytene səfirlərin istefası ilə bağlı ərizələrin alınıb-alınmadığı sualını cavablandırarkən deyib ki, hazırda araşdırma aparılır. O, əlavə şərh verməkdən imtina edib.

Daha əvvəl yayılan məlumata görə, telefon danışıqlarının yayıldığı iki diplomat - Litvanın Macarıstandakı səfiri Renatas Yuşka və Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas öz vəzifələrindən gedirlər və bununla bağlı istefa ərizəsi yazıblar.

Qeyd edək ki, "YouTube" saytına iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin XİN-in "Şərq tərəfdaşlığı" üzrə siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatı Renatas Yuşka arasında getdiyi güman edilir. Bu söhbət cari il aprelin 4-də saat 12:50-də baş tutub.

Həmsöhbətlər danışıq zamanı Azərbaycan-Ermənistan münasibətləri haqqında şəxsi fikirlərini müzakirə edərək ermənipərəst mövqedən çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti