...

İran Prezidenti: Tehran və Bakı arasındakı əməkdaşlıq regional əlaqələrin möhkəmləndirilməsinə imkan yarada bilər

Siyasət Materials 6 Avqust 2013 07:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust / Trend /

Tehran və Bakı arasında əməkdaşlıq regional əlaqələrin möhkəmləndirilməsinə və yüksəldilməsinə imkan yarada bilər. Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə, bu barədə İranın Prezidenti Həsən Ruhani Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədovla görüşdə bildirib.

Ruhani həmçinin bildirib ki, İran və Azərbaycan arasında qurulmuş yaxşı Parlament münasibətləri regional və beynəlxalq səviyyədə ümumi məqsədə xidmət edə bilər.

Azərbaycan Parlamentinin spikeri öz növbəsində bildirib ki, rəsmi Bakı müxtəlif sahələrdə Tehranla diplomatik münasibətlərin və əməkdaşlığın genişlənməsini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti