...

Ruhani: Universitetlərdə tələbələrin təhsil alması və konstruktiv tənqidlər üçün şərait yaradılmalıdır

Siyasət Materials 6 Avqust 2013 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir T.Cəfərov/

İranın yeni Prezidenti Həsən Ruhani bu gün keçirdiyi ilk mətbuat konfransında ölkə universitetlərində tələbələr üçün şəraitin yaxşılaşdırılacağına söz verib.

Trend-in İranın IRINN xəbər kanalına istinadən verdiyi məlumata görə, H.Ruhani universitetlərdə tələbələr üçün tam təhlükəsiz və onların fikirlərini azad şəkildə bəyan edə biləcəkləri ab-hava yaradılmasının vacibliyini vurğulayıb:

"Tələbələr tam təhlükəsiz və sərbəst fikir yürütməklə elm və mədəni fəaliyyətlərini davam etdirməli, eləcə də ölkə ictimaiyyətinə lazım olan siyasi fəaliyyətlə də məşğul olmalıdırlar. Biz fəal tələbələrin yardımı ilə ölkədə elm, təhsil və konskriktiv tənqidlər üçün şərait yaradılması uğrunda çalışacağıq".

H.Ruhani, həmçinin ölkə konstitusiyasına uyğun olaraq, insan haqlarının təmin olunmasında hökumətin var gücü ilə çalışacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti