...

İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinə sədr və hakimlər təyin edib (ƏLAVƏ OLUNUB) (SİYAHI)

Siyasət Materials 7 Avqust 2013 19:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinə sədr və hakimlər təyin edib (ƏLAVƏ OLUNUB) (SİYAHI)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:

Muradov Hicran Xasay oğlu - Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri
Əliyev Kəramət Fətəli oğlu - Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri
Sadayev Qabil Şamı oğlu - Tərtər Hərbi Məhkəməsinin sədri
Bəylərli Səxavət Şahhüseyn oğlu - Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri
Mahmudov İlham Ağa oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri
Nəsibov Famil Hümbət oğlu - Ağdaş Rayon Məhkəməsinin sədri
Fərhadov Xanlar Zalı oğlu - Ağcabədi Rayon Məhkəməsinin sədri
Əliyev İlqar Yadulla oğlu - Ağstafa Rayon Məhkəməsinin sədri
Şirvanov Maşalla Nəcəfəli oğlu - Beyləqan Rayon Məhkəməsinin sədri
Nurullayev Ramiz Vəliş oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri
Ələkbərov Əliəjdər Məlik oğlu - Cəlilabad Rayon Məhkəməsinin sədri
Kazımov Rasim Sarı oğlu - Mingəçevir Şəhər Məhkəməsinin sədri
Sadıqov Vahid Nəriman oğlu - Qəbələ Rayon Məhkəməsinin sədri
Vəliyev Adil Yaqub oğlu - Qusar Rayon Məhkəməsinin sədri
Əsgərov Nadir Məmmədrza oğlu - Tərtər Rayon Məhkəməsinin sədri
Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri

Dövlət başçısı, həmçinin bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıb:

1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər ağır cinayətlər məhkəmələrinin hakimləri təyin edilsinlər:

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi
Novruzov Səxavət Hüseyn oğlu
Bakı Ağır Cinayətlər Məhkəməsi
Ağalarov Mahmud Muradxan oğlu
Hacıyev Əfqan Niyətulla oğlu
Xankişiyev Mirzə Asdan oğlu
Kərimov Novruz Ağakərim oğlu
Mikayılov Eldar Əli oğlu
Salmanov Rahib Vaqif oğlu
Gəncə Ağır Cinayətlər Məhkəməsi
Əliyev Kəramət Fətəli oğlu
Lənkəran Ağır Cinayətlər Məhkəməsi
Abdullayev Mehdixan Ədil oğlu
Şəki Ağır Cinayətlər Məhkəməsi
Hüseynov Rəşid İnqilab oğlu

2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər:

Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi
Muradov Hicran Xasay oğlu
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
Əhmədov İlham Bayram oğlu
Məmmədova Şərafət Asif qızı
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
Bayramova İntizar Hacı qızı
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi
Məmmədov Zaur İkram oğlu

3. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər hərbi məhkəmələrin hakimləri təyin edilsinlər:

Bakı Hərbi Məhkəməsi
Hacıyev Siyavuş Həbib oğlu
Cəlilabad Hərbi Məhkəməsi
Əhmədov Vüqar İkram oğlu
Tərtər Hərbi Məhkəməsi
İmanov Dadaş Hüseyn oğlu

4. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin hakimləri təyin edilsinlər:

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:
Babək Rayon Məhkəməsi
Bəylərli Səxavət Şahhüseyn oğlu
Şahbuz Rayon Məhkəməsi
Bağırov Allahverdi Əsəd oğlu
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
Binəqədi Rayon Məhkəməsi
Məmmədov Vüqar Nemət oğlu
Zeynalov Mirheydər Seyidəmir oğlu
Xətai Rayon Məhkəməsi
Məmmədov Bəxtiyar Şahfirudin oğlu
Məmmədov Habil Çingiz oğlu
Talıbova Leyla Oruc qızı
Xəzər Rayon Məhkəməsi
Əkbərov Tərlan Xanəli oğlu
Qaradağ Rayon Məhkəməsi
Mürsəlov Rufan Kamil oğlu
Nərimanov Rayon Məhkəməsi
Əmirxanova Kəmalə Fərman qızı
Nəsimi Rayon Məhkəməsi
Hümbətov Etibar Zülfüqar oğlu
Nizami Rayon Məhkəməsi
Hacıyeva Mətanət İsfəndiyar qızı
Sarıyev Xəyal Əjdər oğlu
Sabunçu Rayon Məhkəməsi
Əliyev Samir İmamverdi oğlu
Həsənov Vaqif İskəndər oğlu
Qarayeva Mehriban Cəfər qızı
Qasımov Anar Adil oğlu
Şirinov Ziya Allahverdi oğlu
Səbail Rayon Məhkəməsi
Bağırov Nurəddin Abuzər oğlu
Suraxanı Rayon Məhkəməsi
Mahmudov İlham Ağa oğlu
Sadiqov Zülfüqar Əhməd oğlu
Yasamal Rayon Məhkəməsi
Mehrəliyev Sərdar Bəşərəddin oğlu

Rayon (şəhər) məhkəmələri üzrə:
Ağcabədi Rayon Məhkəməsi
Quliyev Etibar Bəhrəm oğlu
Ağstafa Rayon Məhkəməsi
Rzayev Kamil Allahqulu oğlu
Beyləqan Rayon Məhkəməsi
Əliyev Nəsrullah İbadullah oğlu
Füzuli Rayon Məhkəməsi
Bağırov Məhəmməd Abduləli oğlu
Xaçmaz Rayon Məhkəməsi
Xəlilov Rövşən Elbrus oğlu
İbrahimov Anar Firdovsi oğlu
Qəbələ Rayon Məhkəməsi
Sadıqov Vahid Nəriman oğlu
Quba Rayon Məhkəməsi
Əhmədov Elman Məmməd oğlu
Tahirov Zamin Cəbrayıl oğlu
Qusar Rayon Məhkəməsi
Hüseynov Ələkbər Məmmədtağı oğlu
Lənkəran Rayon Məhkəməsi
İsayev Mütəllim Allahverdi oğlu
Masallı Rayon Məhkəməsi
Musayev Nemət Əlimusa oğlu
Mingəçevir Şəhər Məhkəməsi
Kazımov Rasim Sarı oğlu
Sumqayıt Şəhər Məhkəməsi
İsmayılov Azər İbrahim oğlu
Mahmudov İlyas Musa oğlu
Məmmədov Elman Tofiq oğlu
Məmmədov İlqar Aslan oğlu
Ruvinov Vladimir Yefimoviç
Tovuz Rayon Məhkəməsi
Məmmədov Ədil İsa oğlu
Yardımlı Rayon Məhkəməsi
Həsənquliyev İlqam Elxan oğlu
Yevlax Rayon Məhkəməsi
Məlikov Vəzirxan İsgəndər oğlu
Zaqatala Rayon Məhkəməsi
İsmayılov Arif Allahqulu oğlu
Məmmədov Elbrus Hacıbala oğlu
Zərdab Rayon Məhkəməsi
Qubadov Tahir Möhsüm oğlu

5. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Abbaslı Təyyar Bəhrəm oğlu Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Əliyev İlqar Yadulla oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağstafa Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Əsgərov Nadir Məmmədrza oğlu Ağsu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Hüseynov Şirzad Həsən oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilsin;
İsmayılov Tahir Abdulrəhim oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağsu Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Məmmədov Mübariz İsfəndiyar oğlu Ağdaş Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Məmmədov Tofiq Əlisəddin oğlu Qəbələ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Daşkəsən Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Mirzəliyev Hüseyn Seyfulla oğlu Tərtər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin edilsin;
Nəcəfova Şövkət Hüseyn qızı Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Nəsibov Famil Hümbət oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağdaş Rayon Məhkəməsinin hakimi təyin edilsin.

6. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Əliyev Ziya Müqərrəm oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Şəhər Məhkəməsinin hakimi təyin edilsin;
Nəsirov Vidadi Mikayıl oğlu Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Hərbi Məhkəməsinin hakimi təyin edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti