...

İtaliya Nazirlər Şurası Prezidentinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 11 Avqust 2013 17:10 (UTC +04:00)
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettan avqustun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
İtaliya Nazirlər Şurası Prezidentinin Azərbaycana səfəri başlayıb

Azərbaycan, Bakı, 11 avqust /Trend/

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta avqustun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Hava limanının ali qonaqlar üçün salonunda İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti