...

Zahid Oruc AVP sıralarından çıxarıldı

Siyasət Materials 15 Avqust 2013 17:41 (UTC +04:00)
Ana Vətən Partiyasının (AVP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının avqustun 15-də keçirilən iclasında Zahid Orucun partiya sıralarından çıxarılması barədə qərar qəbul edilib.
Zahid Oruc AVP sıralarından çıxarıldı

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir M.Əliyev/

Ana Vətən Partiyasının (AVP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının avqustun 15-də keçirilən iclasında Zahid Orucun partiya sıralarından çıxarılması barədə qərar qəbul edilib.

Partiyanın mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, iclasda AVP Ali Məclisin üzvü Zahid Orucun prezident seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunub və qeyd edilib ki, prezident seçkilərində iştirak Zahid Orucun konstitusion hüququdur və partiya onun bu hüququna hörmətlə yanaşır.

Məlumatda deyilir ki, Ana Vətən Partiyasının rəhbər orqanlarında təmsil olunan Zahid Oruc partiyanın VI Qurultayının prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi və irəli sürülməsi haqqındakı qərarından məlumatlı olub.

Buna baxmayaraq Zahid Oruc partiyanın mərkəzi qurumlarını məlumatlandırmadan prezidentliyə namizədliyini irəli sürüb, beləliklə, partiyanın VI Qurultayının iradəsinə qarşı çıxmış və partiya nizamnaməsinin bir neçə müddəalarını pozub. Ona görə də Ana Vətən Partiyasının MNTK Zahid Orucun partiya sıralarından azad olunması haqqında qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti