...

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə rəhbərləri türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsini alqışlayırlar

Siyasət Materials 16 Avqust 2013 17:30 (UTC +04:00)
Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının yekunlarına dair qəbul edilən bəyannamədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsini alqışlayırlar. Ölkə başçılarının sözlərinə görə, mədəniyyət, elm və təhsil sahələrində əhəmiyyətli nəticələr əldə olunub.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə rəhbərləri türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsini alqışlayırlar

Azərbaycan, Qəbələ, 16 avqust /Trend, müxbir A.Bədəlova/

Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının yekunlarına dair qəbul edilən bəyannamədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsini alqışlayırlar.

Ölkə başçılarının sözlərinə görə, mədəniyyət, elm və təhsil sahələrində əhəmiyyətli nəticələr əldə olunub.

İdman sahəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə, o cümlədən cavabdeh nazirlik və idarələrə türk dünyasının I Universiadasının keçirilməsinə hazırlığın başlanılması barədə tapşırıq verilib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə türkdilli dövlətlər arasında ticarət və investisiyaların artımından razılıqlarını və bu istiqamətdə səyləri dəstəkləmə hazır olduqları bildiriblər. Onlar özəl biznesi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qruplarında aktiv iştirak etməyə, Dünya Türk İş Şurasını öz üzvləri arasında iqtisadi əməkdaşlığı sadələşdirməyə çağırıb, o cümlədən dörd ölkənin ixraca və sərmayələrə cavabdeh olan strukturları arasında qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasından razılıqlarını bildiriblər.

Dörd ölkə rəhbəri, o cümlədən iyulun üçündə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinin nəqliyyat nazirlərinin görüşlərinin yekununa dair hesabatı və nəqliyyatın inkişafı barədə bəyannaməni və Aktau, Bakı və Samsun limanları arasında əməkdaşlıq haqqında qarşılıqlı anlaşma haqqında memorandumu alqışlayıblar.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri, habelə regionda daşımaların potensialını artırmaq üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iştirakçıları arasında mövcud olan nəqliyyat infrastrukturunun işlənmə effektivliyinin artırılması məqsədilə cavabdeh strukturları iş görməyə çağırıblar. Həmçinin, əsas hissəsi Bakı-Tbilis-Qars dəmiryolu yolu olan Qafqaz və Mərmərə dənizi vasitəsilə Mərkəzi Asiya və Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin əhəmiyyətliliyi, o cümlədən "Silk Wind" layihəsinin qısa, təhlükəsiz və iqtisadi cəhətdən səmərələliyi vurğulanıb.

Onlar habelə türkdilli ölkələr arasında gömrük əməkdaşlığının genişlənməsinə və gömrük strukturlarının rəhbərlərinin keçirilməsinə istiqamətlənən gömrük üzrə işçi qrupunun yaradılmasını alqışlayıblar.

Həmçinin, sərnişin və yükdaşımalarının sadələşdirilməsi və tranzit potensialının artırılması və idxal və ixrac prosedurlarının sadələşdirilməsi üçün mexanizmlərin istifadəsi, müasir texnologiyalarla mübadilə sisteminin tətbiqinə ehtiyacın olduğu vurğulanıb.

Dövlət başçıları eləcə də təşkilatın Katibliyinin türkdilli diasporlar arasında əməkdaşlıq layihəsi haqqında təşəbbüslərini də dəstəkləyiblər.

Həmçinin, XİN rəhbərlərinə müntəzəm şəkildə təşkilatın sədrinin himayəsi altında ümumu maraqları təmsil edən beynəlxalq məsələlərlə bağlı məsləhətləşmələri davam etdirmək tapşırığı verilib.

Təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələrin keçirilməsinin davam etdirilməsi barədə çağırışlar səslənib.

Prezidentlər, o cümlədən BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda öz namizədliklərini dəstələməyə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə digər ölkələri qarşılıqlı fəaliyyətə çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti