...

Arif Hacılı: Milli Şurada böhran yaşanır

Siyasət Materials 21 Avqust 2013 12:17 (UTC +04:00)
Milli Şuranın 19 avqust yığıncağında yeni vahid namizəd təyin edilməməsi, daha bir neçə günü itirilməsi təbii ki, uğursuzluqdur. Bu barədə Trend-ə Müsavat Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
Arif Hacılı: Milli Şurada böhran yaşanır

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın 19 avqust sessiyasında yeni vahid namizədin təyin edilməməsi, daha bir neçə günü itirilməsi təbii ki, uğursuzluqdur. Bu barədə Trend-ə Müsavat Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

A.Hacılı qeyd edib ki, əslində yaranmış vəziyyəti "vaxt keçir kimi yox, vaxt artıq keçib" kimi də dəyərləndirmək olar: "Çünki artıq seçki kampaniyasının başlanmasından 11 gün keçib, amma biz hələ də namizəd məsələsi ilə əlaqədar yaranmış böhrandan çıxa bilməmişik. Hesab edirəm ki, bir neçə gün ərzində bu sualların hamısına cavab tapılacaq. Biz Müsavat Partiyası olaraq müxalifətin bu seçkilərdə birgə iştirakına nail olmaq üçün bütün güzəştlərə hazır olmuşuq və indi də hazırıq".

A.Hacılı hesab edir ki, istənilən vəziyyətdən çıxış yolu var və Milli Şura Rüstəm İbrahimbəyovun Bakıya gələ bilməməsi ilə əlaqədar düşdüyü böhrandan tezliklə çıxacaq: "Yəqin ki, bunun yolları aranacaq və Milli Şuranın bu gün düşdüyü böhrandan çıxması üçün bir sıra təklifləri var və bu təkliflər hazırda müzakirə olunur".

Lakin A.Hacılı qeyd edib ki, bu müzakirələrin nəticəsiz başa çatacağı halda Müsavat Partiyası müstəqil hərəkət edəcək: "Təbii ki, biz Milli Şuradakı qüvvələri seçkilərdə bu və ya digər şəkildə iştiraka razı sala bilməsək, onda müstəqil qərarlarımızı qəbul etmək üçün müzakirələrə başlamalı olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti