...

"Pakistan Observer": Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cəmiyyətə təsir edən və onu yaxşıya doğru dəyişdirə bilən xanımlardandır

Siyasət Materials 26 Avqust 2013 15:15 (UTC +04:00)
Tarix boyu dünyada elə qadınlar olub ki, onlar mövcud olanları olduğu kimi qəbul etmirlər, dünyanı daha yaxşı etmək üçün səylər göstərir, başqaları üçün nəsə etmək təşəbbüsünü öz üzərlərinə götürürlər. Trend-in məlumatına görə, bu barədə Sülh və Diplomatiya İnstitutunun icraçı direktoru xanım Farhat Nurun “Pakistan Observer” qəzetində dərc olunan məqaləsində bildirilir.
"Pakistan Observer": Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cəmiyyətə təsir edən və onu yaxşıya doğru dəyişdirə bilən xanımlardandır

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Tarix boyu dünyada elə qadınlar olub ki, onlar mövcud olanları olduğu kimi qəbul etmirlər, dünyanı daha yaxşı etmək üçün səylər göstərir, başqaları üçün nəsə etmək təşəbbüsünü öz üzərlərinə götürürlər. Trend-in məlumatına görə, bu barədə Sülh və Diplomatiya İnstitutunun icraçı direktoru xanım Farhat Nurun "Pakistan Observer" qəzetində dərc olunan məqaləsində bildirilir.

Müəllif yazır: "Siyasətdən humanitar mədəniyyətə qədər bu qadınlar bizim yaşadığımız dünyada əsas rol oynayırlar".

Məqalədə bildirilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva cəmiyyətə təsir edən və onu yaxşıya doğru dəyişdirə bilən, insanların ağıl və ürəklərini fəth etməyi bacaran xanımlardan biridir.

İxtisaslaşmış həkim Mehriban Əliyeva həyatın müxtəlif sahələrində aktiv şəkildə iştirak edir.

Nur yazır: "1995-ci ildən başlayaraq o, yaratdığı "Azərbaycan Mədəniyyətinin Dostları" xeyriyyə fondunun təşkil etdiyi festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlərin köməkliyi ilə dünyanı öz ölkəsinin zəngin mədəniyyəti ilə tanış edir".

2004-cü ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycanın ümummilli liderinin xatirəsinə adlandırılan Heydər Əliyev Fondunun prezidenti olur. Məqalədə qeyd olunur ki, Fondun əsas hədəfi ölkənin sosial, iqtisadi və mədəni inkişafıdır.

Nur yazır ki, Mehriban Əliyevanın fəaliyyətinin əsas hədəflərindən biri uşaqların problemlərinə diqqəti cəlb etməkdir: "Yeni məktəblərin, xəstəxanaların, poliklinikaların, musiqi liseylərinin, müalicənin ödənişsiz aparıldığı Talassemiya ilə Mübarizə Mərkəzi, xəstələrə insulin verilməsi və qan donorluğu üzrə layihələrin işə salınması, əlil uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələri - onun xeyriyyəçilik fəaliyyətinin bir hissəsidir. Mehriban Əliyeva, o cümlədən qocalar evində yaşayan insanlara müntəzəm olaraq yardım edir, onların vaxtında dərman preparatlarının almasının qayğısına qalır".

Nur qeyd edir ki, mədəniyyət Heydər Əliyev Fondunun fəaliyyətinin əsas prioritetlərindən biridir.

Mehriban Əliyevanın təşəbbüsü ilə Qəbələdə hər il keçirilən musiqi festivalı musiqi dünyasının əsas hadisələrindən biri olub və müxtəlif ölkələrdən məşhur musiqiçiləri cəlb edib. Məqalə müəllifi qeyd edir ki, Azərbaycanın birinci xanımı qarşılıqlı anlaşmaya və sülh içində yaşamağa imkan verən xeyli sayda dinlərarası dialoq üzrə beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı olub.

Məqalədə bildirilir: "Bütün dinlərin nümayəndələrinin razılıq içərisində yaşadığı Azərbaycan müxtəlif konfessiyaların nümayəndələri arasında tolerant münasibətlərin olmasına parlaq nümunədir. Bir çox məscidlər və ziyarətgahlar, Müqəddəs Məryəm katoloik kilsəsi, provaslav kilsəsi Fondun "Azerbaijan - Home to Tolerance" layihəsi çərçivəsindən yenidən qurulub.

Mehriban Əliyeva dünya mədəni irsinin qorunmasında fövqəladə aktiv fəaliyyət göstərir. Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən Luvr muzeyində İslam mədəniyyəti Departamentinin yaradılması, Fransanın Versal sarayının təmiri onun bu aktivliyinin parlaq təzahürüdür. Nəşr yazır ki, o, həmçinin Haitidə mədəniyyət abidələrinin yenidən qurulmasına töhfə verib və Fransanın Terror Qurbanları Assosiasiyasına ianələr bağışlayıb.

Nur yazır: "Fond idmanın inkişafına böyük diqqət ayırır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban Əliyeva özünü bacarıqlı təşkilatçı kimi tanıtdı. Onun beynəlxalq arenada olan nüfuzu 2003 və 2004-cü illərdə Dünya kuboku yarışlarının və 2005-ci ildə bədii gimnastika üzrə Dünya çempionatının Azərbaycanda təşkil olunmasına imkan yaradıb".

Azərbaycanın xalq ədəbiyyatı və musiqi irsinin müdafiəsi və inkişafı sahəsində xidmətlərinə görə Mehriban Əliyeva 13 avqust 2004-cü ildə YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məqalə müəllifi yazır ki, o cümlədən xanım Əliyeva 24 noyabr 2006-cı ildə həyatın müxtəlif sahələrində genişmiqyaslı və fədakar fəaliyyətinə görə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Məqalədə bildirilir: "Heydər Əliyev Fondu və Pakistan arasında əməkdaşlıq 2005-ci ildə zəlzələ nəticəsində ölkənin dağıntı nöqtələrindən biri olan Müzəffərabad şəhərində dağılmış məktəbin yerində Mehriban Əliyevanın təşəbbüsü ilə qızlar üçün yeni müasir məktəbin tikilməsi ilə başlayıb. Dağlıq ərazidə yerləşən 500 nəfərlik məktəb 2007-ci ildə tikilib. Fond müntəzəm olaraq məktəbi lazımi ləvazimatlarla təmin edir, o cümlədən ən yaxşı beş şagird üçün aylıq təqaüdləri ödəyir. Qeyd etmək lazımdır ki, 2012-ci ildə məktəbin tamamilə yenidən qurulması və təmirindən sonra o Azərbaycanın birinci xanımının şərəfinə adlandırılıb".

2012-2013-cü illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələr icra edilib. Belə ki, "Edhi Home" kimsəsizlər evləri, "Akbar Care" institutu, serebral iflic klinikası və Lakki Marvat uşaq və qadın xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləşdirmə və müayinələr aparılıb. 2013-cü ildə Saif Fonduna maddi yardımlar göstərilib.

Fond, həmçinin Peşavar şəhərində qan xəstəliklərinin müayinəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi verib. Məqalədə bildirilir ki, Həmzə Fondu Dyuranın (praktiki olaraq Əfqanıstan və Pakistan arasında razılaşdırılmamış 2640 kilomterlik sərhəd) hər iki tərəfi üzrə təhlükəsiz qanköçürmələri ilə məşğul olur.

Heydər Əliyev Fondu Pakistanın Xayber Paxtunxava əyalətində həyata keçirdiyi humanitar layihələr proqramı çərçivəsində Xayber Göz Fondunun nəzdində fəaliyyət göstərən göz klinikasının yeni blokunun tikintisinə maddi yardım edib.

Məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2013-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyi, Lakki Marvat bölgəsində Qurban bayramında yüzlərlə qurbanlıq heyvanların kəsilərək əhalinin kasıb təbəqələrinə paylandığı da diqqətə çatdırılır.
Nur yazır: "Azərbaycanın birinci xanımının Pakistandakı humanitar fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə və genişləndirilməsinə xidmət etdiyini vurğulayaraq məlumat verir ki, Mehriban xanım Əliyeva 2012-ci ildə Pakistanda həyata keçirilmiş layihələrə görə bu ölkənin Qadın Könüllülər Təşkilatı və "Daily Times" qəzeti tərəfindən "Humanizm simvolu - 2012-ci ilin adamı" mükafatı ilə təltif olunub".

Məqalədə, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəni irsinin qorunub saxlanması, o cümlədən Şərq və Qərb sivilizasiyaları arasında daimi mədəni və siyası dialoqun yaradılması istiqamətində gördüyü işlərə görə bir sıra dövlətlərin orden və medalları ilə təltif olunduğu da vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti