...

Aİ komissarı: Azərbaycan və Avropa İttifaqı münasibətlərinin həlledici mərhələsindədirlər

Siyasət Materials 29 Avqust 2013 18:18 (UTC +04:00)
Azərbaycan və Avropa İttifaqı münasibətlərinin həlledici mərhələsindədirlər.
Aİ komissarı: Azərbaycan və Avropa İttifaqı münasibətlərinin həlledici mərhələsindədirlər

Azərbaycan, Bakı, 29 avqust / Trend, müxbir S.Əhmədova /

Azərbaycan və Avropa İttifaqı münasibətlərinin həlledici mərhələsindədirlər. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Brüsseldə keçirilən görüşü zamanı bildirib. Bu barədə Aİ-nin rəsmi internet saytı xəbər verir.

Füle bildirib: "Biz münasibətlərimizin həlledici mərhələsindəyik. Bu il həm Aİ, həm də Azərbaycan üçün imkanlar vəd edir. Mən Aİ-nın əlaqələrimizin inkişafına dair böyük ambissiyalarını, həmçinin bizim enerji sektorunda artıq nail olduğumuz mükəmməl əməkdaşlığımıza əsaslanan maliyyə, təhsil, regional inkişaf və ədliyyə kimi əsas islahatlara konkret dəstək verməyə hər zaman hazır olduğumuzu vurğuladım".

Füle, həmçinin demokratiya və insan haqları əsasında gələcəyi qurmağın vacibliyini vurğulayıb. O, həmçinin ölkədə keçiriləcək prezident seçkilərinin azad və şəffaf mühitdə keçiriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, iqtisadi inkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Belçikada səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti