...

Prezident İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib (FOTO)

Siyasət Materials 30 Avqust 2013 02:05 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlıya səfərini başa çatdıraraq Ağcabədi rayonuna gəlmişdir.
Prezident İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib (FOTO)

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlıya səfərini başa çatdıraraq Ağcabədi rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyev meydanı tamamilə yenidən qurulmuşdur. Burada abadlıq işləri aparılmış, 6,7 min kvadratmetr əraziyə dekorativ plitələr döşənmiş, qarşı hissədəki hasar milli memarlıq üslubunda tikilmişdir. İşıqlandırma sistemi də müasir standartlara uyğun yenidən qurulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti