...

Əli Əhmədov ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbəri ilə görüşüb

Siyasət Materials 4 Sentyabr 2013 14:48 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov avqustun 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və missiyanın siyasi təhlilçisi Vadim Zdanoviç ilə partiyanın mənzil-qərargahında görüşüb.
Əli Əhmədov ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbəri ilə görüşüb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov avqustun 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və missiyanın siyasi təhlilçisi Vadim Zdanoviç ilə partiyanın mənzil-qərargahında görüşüb.

Trend YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda fəaliyyətə başlamasının məmnunluq doğurduğunu qeyd edən YAP-ın sədr müavini Ə.Əhmədov seçki prosesinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verildiyini söyləyib.

Tana de Zulueta səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan hökumətinin seçki prosesinin ilk gündən müşahidəsinin aparılması istiqamətində atdığı addımın təqdirəlayiq olduğunu qeyd edib.

Görüşdə seçkilərə hazırlıq və seçki kampaniyasının təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

YAP icra katibinin müavini Siyavuş Novruzov da görüşdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti