Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Ağ Ev Senatın Xarici əlaqələr komitəsinin Suriya üzrə qətnaməni qəbul etməsini alqışlayır. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cey Karni deyib.
Karni bildirib: "Qətnamənin dəstəklədiyi hərbi əməliyyat Əsədin kimyəvi silahdan istifadə etmək imkanlarını məhdudlaşdıracaq ki, bu da Amerikanın milli təhlükəsizliyini təmin edəcək və gələcəkdə də kimyəvi silahdan istifadənin qarşısını alacaq".
O, söyləyib ki, Ağ Ev Suriyanın siyasi konversiyası üçün mövqeyini daha da möhkəmləndirəcək.
Karni əlavə edib ki, "biz hərbi əməliyyat üzrə hər iki partiyanın dəstəyini almaq üçün işləməyə davam edəcək və ABŞ-ın təhlükəsizlik sahəsində milli maraqlarını müdafiə edəcəyik".