...

Obama: Əsəd kimyəvi silahları təhvil versə, hərbi zərbə qeyri-müəyyən zamana qədər təxirə salına bilər

Siyasət Materials 10 Sentyabr 2013 05:14 (UTC +04:00)
Əgər Suriya prezidenti Bəşər Əsəd kimyəvi silahları təhvil versə, hərbi zərbə mütləq dəqiqliklə qeyri-müəyyən zamana qədər təxirə salına bilər. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama ABC televiziyasına müsahibəsində deyib.
Obama: Əsəd kimyəvi silahları təhvil versə, hərbi zərbə qeyri-müəyyən zamana qədər təxirə salına bilər

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Əgər Suriya prezidenti Bəşər Əsəd kimyəvi silahları təhvil versə, hərbi zərbə mütləq dəqiqliklə qeyri-müəyyən zamana qədər təxirə salına bilər. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama ABC televiziyasına müsahibəsində deyib.

Obama Fox News-a müsahibəsində isə deyib ki, ABŞ Suriya probleminin qeyr-hərbi yolla həllini arzulayır.

"Biz diplomatik yolla gedəcəyik. Mən səmimi olaraq, deyirəm ki, bu problem siyasi vasitələrlər həll edilə bilərdi" - deyə Obama bildirib.

Məlumatda deyilir ki, Obama, eyni zamanda, ABŞ-ın Suriyaya hərbi zərbələr endirməsi üçün qətnamənin konqresdə təsdiqlənməsinə də çalışacağını dilə gətirib.

"Düşünürəm ki, biz bütün əyləcləri buraxmamalıyıq. Onlar başa düşməlidirlər ki, biz sözləri havaya buraxmırıq" - deyə ABŞ prezidenti əlavə edib.

Xəbər lenti

Xəbər lenti