...

Aİ azad zonanın yaradılmasına dair müqavilə olmadan Ermənistanla assosiativ sazişin bağlanması imkanını istisna edir

Siyasət Materials 12 Sentyabr 2013 18:13 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Yerevanın istədiyi azad ticarət zonasının yaradılmasına dair müqavilə olmadan Ermənistanla assosiasiya haqqında sazişin bağlanması imkanını istisna edir.
Aİ azad zonanın yaradılmasına dair müqavilə olmadan Ermənistanla assosiativ sazişin bağlanması imkanını istisna edir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Avropa İttifaqı (Aİ) Yerevanın istədiyi azad ticarət zonasının yaradılmasına dair müqavilə olmadan Ermənistanla assosiasiya haqqında sazişin bağlanması imkanını istisna edir. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Ermənistanın "Mediamaks" agentliyinə bildirib.

Onun sözlərinə görə, Aİ-nin davamlı mövqeyi ondan ibarətdir ki, siyasi assosiasiya və iqtisadi inteqrasiya birlikdə olmalıdır və onlar assosiasiya haqqında sazişin ayrılmaz hissələridir: "Buna görə də biz sazişin bu iki vacib hissəsini ayıra bilmərik".

Ş.Füle deyib ki, Aİ Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına qoşulmaq barədə qərarından xəbərsiz olub: "Aİ bu barədə birbaşa yalnız avqustun 31-də xəbərdar edilib, bu məsələ iyulda Yerevana son səfərim zamanı müzakirə mövzusu olmayıb".

O deyib: "Biz tərəfdaşlarımızın müstəqil qərarına hörmətlə yanaşırıq, onlar istərdikləri əməkdaşlıq və inteqrasiya formatını seçməkdə sərbəstdirlər".

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlara gəlincə, Ş.Füle qeyd edib ki, Aİ bu münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk qrupunun səylərini fəal olaraq dəstəkləyir: "Aİ, həmçinin ilkin şərtlər irəli sürülmədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti