...

Azərbaycanda prezident seçkiləri ilə bağlı yaddaş kitabçaları işıq üzü görüb (FOTO)

Siyasət Materials 13 Sentyabr 2013 11:22 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müşahidəçilər üçün hazırladığı “Müşahidəçilər üçün yaddaş” kitabçası işıq üzü görüb.
Azərbaycanda prezident seçkiləri ilə bağlı yaddaş kitabçaları işıq üzü görüb (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müşahidəçilər üçün hazırladığı "Müşahidəçilər üçün yaddaş" kitabçası işıq üzü görüb.

MSK-dan Trend-ə verilən məlumata görə, yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib.

Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib.

"Müşahidəçilər üçün yaddaş" kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq nəşr olunub.

Bundan əlavə MSK prezident seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün "Seçki günü üçün yaddaş" kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin edib.

Yaddaş kitabçasının girişində MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciəti yer alıb.

Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır.

"Seçki günü üçün yaddaş"da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub. Yaddaş kitabçaları Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Xatırladaq ki, "Seçki günü üçün yaddaş" Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti