...

Dövlət Komitəsi Elşad İskəndərov haqqında yayılan məlumatları təkzib edib

Siyasət Materials 17 Sentyabr 2013 18:18 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti Komitə sədri Elşad İskəndərovun İrana davam edən səfəri ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatları şərh edib.
Dövlət Komitəsi Elşad İskəndərov haqqında yayılan məlumatları təkzib edib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti Komitə sədri Elşad İskəndərovun İrana davam edən səfəri ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatları şərh edib.

Dövlət Komitəsindən Trend-ə bildirilib ki, səfər çərçivəsində Suriya məsələsi ümumiyyətlə müzakirə olunmayıb və bu həqiqətəuyğun deyil: "Elşad İskəndərovun İranın mədəniyyət naziri və Ali Liderin məzhəblərarası yaxınlaşma üzrə müşaviri ilə görüşlərində dini radikallıq və təkfirçilərlə mübarizənin labüdlüyü haqqında guya səsləndirilən fikirlər həqiqətəuyğun deyil".

Komitə bildirir ki, göstərilən qurumlar xarici siyasət məsələlərinə heç bir müdaxilə etmirlər. Bu isə bir daha təsdiq edir ki, Suriyadakı beynəlxalq problem məsələsi ümumiyyətlə müzakirə obyekti ola bilməzdi:

"Sözügedən məlumat istinadsız yayılıb və Azərbaycanın rəsmi mənbələri ilə, o cümlədən DQİDK, XİN və qeyd olunan görüşlərdə iştirak etmiş Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinin rəhbəri ilə dəqiqləşdirilməyib. Baxmayaraq ki, Azərbaycanın İrandakı fövqaladə və səlahiyyətli səfiri bütün görüşlərdə, o cümlədən adıçəkilən görüşdə E.İskəndərovu müşayiət edib".

Məlumatda o da qeyd olunur ki, bütün məzhəblərə zidd olan təkfir və dini radikallıq ideologiyası ilə mübarizə dünya ictimaiyyətinin beynəlxalq prioritetləri sırasında yer alır. Məhz bu amil də Dövlət Komitəsi sədrinin bütün görüşlərində dəfələrlə qeyd olunub.

DQİDK-nın mətbuat xidmətinin məlumatında qeyd olunur: "Sonuncu tezis hətta bu məsələlər ətrafında həqiqətəuyğun olmayan fikirlər yayan, göstərilən dini qruplaşmalarla bilavasitə ünsiyyət quran və onlara rəğbət bəsləyən (bu barədə Dövlət Komitəsi dəqiq məlumata malikdir) KİV təmsilçilərində də şübhə doğurmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti