...

RF diplomatlarının BMT TŞ-də Azərbaycanla münaqişəyə getmələri gözlənilən idi

Siyasət Materials 18 Sentyabr 2013 13:09 (UTC +04:00)
RF diplomatlarının BMT TŞ-də Azərbaycanla münaqişəyə getmələri gözlənilən idi: Rusiya diplomatiyası yoxdur və ya Rusiya dövlətinin diplomatiyası rus xalqına məxsus deyil; ermənilərlə şərikli diplomatiyadır.
RF diplomatlarının BMT TŞ-də Azərbaycanla münaqişəyə getmələri gözlənilən idi

Azərbaycan, Bakı, 18 sentyabr / Trend, müxbir S.Əhmədova /

RF diplomatlarının BMT TŞ-də Azərbaycanla münaqişəyə getmələri gözlənilən idi: Rusiya diplomatiyası yoxdur və ya Rusiya dövlətinin diplomatiyası rus xalqına məxsus deyi, ermənilərlə şərikli diplomatiyadır. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən brifinqdə bildirib.

"Ermənistanın son vaxtlar vəziyyəti çox pisdir. Ermənilər həm dövlət, həm də millət olaraq bütün dünyada, o cümlədən Rusiya, ABŞ və Aİ-də xeyli nüfuzdan düşüblər; hətta bəzi yerlərdə gülüş obyektinə çevriliblər. Ermənilərin belə gülünc vəziyyətinin əsas səbəbkarı özləridir. Azərbaycan Avropada erməniləri və çeçenləri birləşdirib kriminal dəstə yarada bilməz. Azərbaycan ABŞ-da yaşayan erməniləri etnokriminal qruplaşmanın yaradılmasına yönəltmək gücündə deyil. Azərbaycan Rusiyadakı erməniləri korrupsiya və antirusiyaçılıq "adacıq"larına çevirə bilməz. Bunlar hamısı ermənilərin xarakterindən irəli gəlir. Ermənilər isə düşdükləri bu bəlada Azərbaycanı günahlandırırlar və son vaxtlar Azərbaycana qarşı aktivliklərini xeyli gücləndiriblər. Əlbəttə, Ermənistanın bu vəziyyətə düşməsində Azərbaycanın rolu danılmazdır. Ermənilər xarakterlərini dəyişsəydilər və torpaqları işğaldan azad etsəydilər, Azərbaycan kimi düşmən qazanmazdılar".

Politoloqun sözlərinə görə, BMT TŞ-də baş verənlər Rusiya dövlətinin xarici siyasətini öz maraqlarına işlədən ermənilərin Azərbaycana qarşı növbəti və sonuncu hücumlarından biridir:
"Türkiyədə hansısa "İmkander" adlı QHT rəhbərinin azərbaycanlı olması ermənilərin təsiri altında olan rus diplomatlarının bu işə marağını artırıb. Heç bir açıq terrorist fəaliyyəti olmayan, "İmarət-Qafqaz" təşkilatının üzvlərilə dini-siyasi polemikada olan təşkilatın adının indi terrorçu təşkilatlar siyahısına daxil edilməsi istiləşən Rusiya-Azərbaycan münasibətlərinə ermənilərin verdiyi reaksiyadır. Şimali Qafqazda separatizmin və terrorizmin inkişafı üçün zəmin var. Bəzi xarici dövlətlər Rusiyaya qarşı mübarizə aparmaq üçün bu faktordan istifadə edirlər. Belə qrupların Türkiyədə olması istisna deyil və birinci çeçen kampaniyası bunu aydın şəkildə göstərdi".

M.Əhmədoğlu qeyd edib ki, bununla yanaşı rəsmi Ankaranın Rusiyada fəaliyyət göstərən terrorçu təşkilatlara münasibəti də bəllidir: "Rəsmi Ankara Rusiyanın Şimali Qafqazda vəziyyətini gərginləşdirmək istəsəydi, təkcə çərkəz məsələsinin zəncirini buraxması kifayət idi. Türkiyənin siyasətinə və elitasına bələd şəxslər bilirlər ki, çərkəz məsələsinə qoyduğu qadağalar çərkəzlərlə indiki hakimiyyət arasında ciddi narazılığın mənbəyidir. Ermənilər üçün Rusiyanın maraqları qətiyyən əhəmiyyət daşımır; əsas öz maraqlarının azacıq da olsa, yeriməsidir. Çeçenlər və ermənilərin Avropada birgə fəaliyyəti dəfələrlə aşkarlanıb. Vaxtilə erməni-çeçen birliyi çeçen müstəqilliyini "körükləyirdi". Çeçen müstəqilliyi ideyasına pul verilmədiyi üçün oğru ticarət yolunu tutublar. Haçansa Çeçenistanın müstəqillik ideyasına dəstəkçinin tapılacağına ümidlidirlər".

Mərkəz direktoru bildirib ki, prezident S.Sarkisyan Avropa rəhbərlərilə dəfələrlə Şimali Qafqazdakı vəziyyəti müzakirə edib: "Ermənistanın bu regionla qətiyyən əlaqəsi yoxdur. Dünya erməniləri və RF Xarici İşlər Nazirliyi arasında koordinator, məşhur daşnak Y.Navoyan da ermənilərlə şimali qafqazlıların işbirliyinin olduğunu etiraf etdi. Ermənilərin əlaltısı olan Arif Kərimov ləzgilərin hüquqlarının müdafiəsini Avropada axtarır. RF ilə pis münasibətdə olan Avropanın ləzgilərin hüquqlarının müdafiəsində sağlam rol oynayacağına M.Şevçenko kimi yalançı patriotlar inanır. Rusiyadakı ermənilərin gücü bizə bəllidir. Hər şey Kremldən asılıdır: Rusiyadakı ermənipərəst qüvvələri neytrallaşdıracaqsa, Azərbaycanla münasibətlər qaydasında olacaq. Kreml ilk növbədə Rusiya Xarici İşlər Nazirliyini ermənilərin işğalından qurtarmalıdır. Rusiyanın daxilindəki erməni faktoru ABŞ-ı antirusiyaçılığa şirnikləşdirən, RF üzərində qələbəyə ümid yaradan faktordur. Q.Saakyan hər şeyi aşkar dedi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti