...

Masallı sakinləri parlaq gələcəyin qarantı olan İlham Əliyevə səs verəcəklər (FOTO)

Siyasət Materials 20 Sentyabr 2013 16:20 (UTC +04:00)
Azərbaycanın uğurlu inkişafını təmin edən xalqla iqtidar arasındakı birlikdir. Azərbaycanda bu birlik var və ona görə də ölkəmiz inkişaf edir.
Masallı sakinləri parlaq gələcəyin qarantı olan İlham Əliyevə səs verəcəklər (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Azərbaycanın uğurlu inkişafını təmin edən xalqla iqtidar arasındakı birlikdir. Azərbaycanda bu birlik var və ona görə də ölkəmiz inkişaf edir. Trend-in məlumatına görə, bu barədə fikirlər Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Cavanşir Paşazadənin cümə axşamı Masallı rayonunun Xıl, Sarçuvar və Sirəbil kəndlərinin sakinləri ilə görüşündə səsləndirilib.

Seçicilərlə görüşündə çıxış edən C.Paşazadə deyib ki, Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır. Bunu əlbəttə ki, ölkə əhalisi də, beynəlxalq ictimaiyyət də görür. Çünki son illər ərzində Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf edən ikinci ölkə yoxdur. Bu iqtisadi inkişaf sadəcə olaraq statistik rəqəmlərlə deyil, görülən işlərlə də ölçülür.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin regionlara diqqəti və qayğısı nəticəsində rayonlar bir-biriləri ilə rəqabətə çıxıb. Rayon sakinləri istəyirlər ki, onların rayonları, şəhərləri, qəsəbələri daha da gözəl, abad olsun. Bu yarışın nəticəsində Azərbaycan güclənir, inkişaf edir, möhkəmlənir və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu ümumi inkişafa öz töhfələrini verirlər.

Görüşlərdə çıxış edən YAP-ın Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, ümumilli lider Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir: "Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın, həm də dünya azərbaycanlılarının lideridir".

Onun sözlərinə görə, Prezident İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

Görüşdə çıxış edən Masallı rayon sakinləri əminliklə bildirdilər ki, Azərbaycan xalqı parlaq gələcəyin qarantı olan İlham Əliyevə səs verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti