...

"Müsavat" başqanının müşaviri: İsgəndər Həmidov nə danışdığını bilmir, o daxili işlər naziri işlədiyi dövrdə də üz qarası olub

Siyasət Materials 24 Sentyabr 2013 12:58 (UTC +04:00)
İsgəndər Həmidovun Milli Şuranın seçicilərlə görüşündə tribunada dayanması elə Milli Şuranın özünə təhqirdir. Bunu Trend-ə Milli Şurada təmsil olunan Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.
"Müsavat" başqanının müşaviri: İsgəndər Həmidov nə danışdığını bilmir, o daxili işlər naziri işlədiyi dövrdə də üz qarası olub

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.Mehdiyev/

İsgəndər Həmidovun Milli Şuranın seçicilərlə görüşündə tribunada dayanması elə Milli Şuranın özünə təhqirdir. Bunu Trend-ə Milli Şurada təmsil olunan Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

S.Əlisoy qeyd edib ki, İsgəndər Həmidov nə danışdığını bilmir, bu adam elə daxili işlər naziri işlədiyi dövrdə də üz qarası olub: "Elə müxalifətin yıxılma məsələsində də onun önəmli rolu olub. 1993-cü ildə iyulun 4-ə mitinq təyin etmişdi, bir sözlə, yüzlərlə belə hərəkət edib. Yenə də gəlib çıxıb tribunada ağzına gələni danışır".

Ümimilikdə, S.Əlisoy bu görüşün təşkilində anormallıq olduğunu vurğulayıb.

Milli Şurada təmsil olunan bəzi partiyaların görüşdə aktiv olmamalarına münasibət bildirən Müsavat Partiyası başqanının müşaviri görüşün bütün yükünün AXCP ilə Müsavat üzərinə düşməsini də düzgün saymır: "Milli Şuranın Mitinq Komitəsi belə məsləhət bilib ki, bu ağırlığı AXCP və Müsavat üzərinə götürsün. Söhbət belə olub. Ancaq bunu düzgün saymıram. Əgər Milli Şura varsa, onlar da Milli Şuranın tərkibinə daxildirlərsə, burada bərabər şəkildə iştirak etməlidirlər və hər kəs öz gücü çatan daşı qaldırmalıdır. Bunu Mitinq Komitəsinə rəhbərlik edən adamların məsələyə anormal yanaşmaları kimi dəyərləndirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti