...

Müxalifət düşərgəsində ciddi narazılıq yaradacaq telefon danışığı yayıldı (AUDİO)

Siyasət Materials 24 Sentyabr 2013 15:55 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbər arasında Milli Şuranın prezidentliyə namizədinin seçicilərlə görüşü zamanı telefon danışığının səs yazısı yayılıb.
Müxalifət düşərgəsində ciddi narazılıq yaradacaq telefon danışığı yayıldı (AUDİO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbər arasında Milli Şuranın prezidentliyə namizədinin seçicilərlə görüşü zamanı telefon danışığının səs yazısı yayılıb.

Trend-in məlumatına görə, səs yazısından aydın olur ki, Rəsul Quliyev görüşün aşağı səviyyədə, az adamın iştirakı ilə təşkil olunduğunu deyir və görüşü ələ salan ifadələr işlədir: "Ə siz orada nə mutfilmdir, düzəltmisiz? Ayıb, ayıb. Sən öl, kefsiz e. Balaca stadionun 50 faizini doldura bilməmisiz. Yaxşı ki, sən özünü təşkilatçılıqdan qırağa çəkə bilibsən. Sən elə yaxşı eləmisən gedib çıxmamısan tribunaya".

Eyni zamanda Rəsul Quliyev İsgəndər Həmidovun da görüşdə iştirak etməsinə də özünəməxsus münasibət bildirib: "İsgəndəri ora nəyə çıxardıblar? Əli ilə İsa nətəri adamdı, başa düşə bilmirəm. Cəmil müəllim İsgəndərin çıxışı ilə prezident olmaq istəyir?"

Telefon danışığında R. Quliyev prezidentliyə namizəd Cəmil Həsənlini, "El" hərəkatının sədri Eldar Namazovu, keçmiş daxili işlər naziri İsgəndər Həmidovu təhqir edib, mitinqin təşkilatçılığına istehza edib.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti