...

Nazir: Sudan Azərbaycanla investisiya yatırımı sahəsində əməkdaşlığa hazırdır

Siyasət Materials 25 Sentyabr 2013 15:55 (UTC +04:00)
Sudan dövləti Azərbaycanla bütün sahələrdə, xüsusən də investisiya yatırımı sahəsində əməkdaşlığa hazırdır.
Nazir: Sudan Azərbaycanla investisiya yatırımı sahəsində əməkdaşlığa hazırdır

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir S.Əhmədova/

Sudan dövləti Azərbaycanla bütün sahələrdə, xüsusən də investisiya yatırımı sahəsində əməkdaşlığa hazırdır. Bunu Sudanın xarici işlər naziri Əli Əhməd Karti azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Nyu-Yorkda görüşü zamanı bildirib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Ə.Ə.Karti Azərbaycandan olan iş adamlarından ibarət biznes missiyasının təşviq edilməsini xahiş edib.

O, Sudanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar daim Azərbaycanın yanında olacağını bildirib.

Görüşdə nazir E.Məmmədyarov Sudanın Bakıdakı səfirliyinin fəaliyyətinin bərpa edilməsinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.

E.Məmmədyarov Azərbaycanın da Sudanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib və iki ölkə arasında biznes missiyalarının mübadiləsinin həyata keçirilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti