...

Rəsul Quliyev: Milli Şuradakılar seçkiləri uduzduqlarını boyunlarına alırlar, ancaq seçkidən sonra istefa verməyi fərarilik hesab edirlər

Siyasət Materials 26 Sentyabr 2013 18:05 (UTC +04:00)
Eks-spiker, Milli Şuranın üzvü Rəsul Quliyev hesab edir ki, Şuranın strategiyasını tamamilə başqa adamlar dağıtdı. Trend-in məlumatına görə, bu barədə R.Quliyev şəxsi "facebook" səhifəsindəki statusunda yazıb.
Rəsul Quliyev: Milli Şuradakılar seçkiləri uduzduqlarını boyunlarına alırlar, ancaq seçkidən sonra istefa verməyi fərarilik hesab edirlər

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Eks-spiker, Milli Şuranın üzvü Rəsul Quliyev hesab edir ki, Şuranın strategiyasını tamamilə başqa adamlar dağıtdı. Trend-in məlumatına görə, bu barədə R.Quliyev şəxsi "facebook" səhifəsindəki statusunda yazıb.

R.Quliyev qeyd edib ki, onun Milli Şuradan çıxarılması ilə bağlı hələ ki konkret ideya irəli sürən, Şuranın iclasını bu məsələyə görə toplamaq istəyən təşəbbüsçü yoxdur: "Mən istərdim ki, belə bir təşəbbüsçü ortaya çıxsın, Milli Şurada mənimlə əlaqədar müzakirə açılsın. Sözsüz ki, bu iclasa mənim qatışmağım şərtilə. Çünki həmin müzakirədə dediyim sözlərə görə məntiqlə cavab verməliyəm, orada oturan bəziləri də mənim suallarıma cavab verməlidirlər".

R.Quliyev ona qarşı edilən bəzi ittihamlara da cavab verib: "Kimlərsə hesab edir ki, mən guya Şuranın strategiyasının əleyhinə gedirəm. Mən isə hesab edirəm ki, Milli Şuranın strategiyasını tamamilə başqa adamlar dağıtdı. Mən Cəmil müəllimin uduzacağını bilirəm - özü də çox böyük faizlə, cünki ölkədə Milli Şuranın strategiyası olan hər hansı bir seçki şəraitinin yaradılmasına bəzi üzvlərin ucbatından nail ola bilməmişik. Buna baxmayaraq, mən onun namizədliyini dəstəkləyirəm və ümid edirəm ki, bu dəstəyə görə toplayacağı səslər artacaq".

O bildirib ki, Milli Şuranın üzvləri nəhayət ki, öz daxillərində demokratiya yaratmağı bacarmalıdırlar: "Məni bu müzakirədən sonra Şuradan azad etsələr, narahat olmaram, əksinə. Mənim dünən gedən yazıma Musavatdan cavab yazıblar. Birincisi, özləri seçkiləri uduzduqlarını boyunlarına alırlar, ancaq seçkidən sonra istefa verməyi fərarilik hesab edirlər. Biz, belə görünür ki, heç vaxt bir-birimizi baş düşə bilməyəcəyik, tamamilə fərqli müstəvilərdə düşünürük".

R.Quliyev Azərbaycan xalqına, həyatına axa biləcək demokratiya bulağının qarşısını kəsən "müxalifət əjdəhaları"nın çəkilməsini və təmiz suyun axmasına şərait yaradılmasını xahiş edib: "Onlar hansısa fərarilikdən danışırlar. Bu fərarilik deyil. 20 ildir, suyun qarşısını kəsməklə demokratiyanın kol-kosunu da artıq yandırdınız. İmkan verin, gənclər ortaya çıxsınlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti