...

Ərdoğanın mühafizəçilərinə atəş açılıb

Siyasət Materials 27 Sentyabr 2013 08:45 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Sabiha Gökçen hava limanından evine dönərkən Mustafa Kamal körpüsündə təhlükəsizlik qüvvələrinə naməlum atəş açıldığı iddia edilir.
Ərdoğanın mühafizəçilərinə atəş açılıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen hava limanından evinə dönərkən Mustafa Kamal körpüsündə təhlükəsizlik qüvvələrinə naməlum şəxslərin atəş açdığı iddia edilir. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

İlkin məlumata görə, 7 dəfə atəş açılıb. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb olunub.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti