...

Şərq Tərəfdaşlığı ölkələrinin Aİ-nin vətəndaş missiyalarında iştirakının faydaları Brüsseldə müzakirə olunub

Siyasət Materials 27 Sentyabr 2013 11:15 (UTC +04:00)
Avropa İttifaqının Şərq Tərəfdaşlıq ölkələri Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) vətəndaş missiyalarında daha geniş şəkildə iştirak edə bilərlər.
Şərq Tərəfdaşlığı ölkələrinin Aİ-nin vətəndaş missiyalarında iştirakının faydaları Brüsseldə müzakirə olunub

Azərbaycan, Bakı, 27 sentyabr/ Trend, müxbir S.Əhmədova /

Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlıq ölkələri Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) vətəndaş missiyalarında daha geniş şəkildə iştirak edə bilərlər. Bunu Litva nümayəndəsi Mindaugas Rukstele ölkənin Aİ-da Daimi Nümayəndəliyi və Belçikanın Eqmont Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunun sentyabrın 26-da Brüsseldə birgə təşkil etdiyi müzakirələrdə bildirib.

Trend-in Litvanın Aİ Şurasında Sədrliyinə istinadən verdiyi məlumata görə, Şərq Tərəfdaşlığı ölkələrinin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) vətəndaş missiyalarında iştirakının praktiki aspektləri və faydalarına dair müzakirələrdə Azərbaycandan olan nümayəndələr də iştirak ediblər.

M. Rukstele bildirib ki, bu görüşdə təmsil olunan bir çox ölkələrin vətəndaş böhranın aradan qaldırılmasına öz töhfələrini verməyə və Aİ-yə üzv ölkələrlə qanunun aliliyinin gücləndirilməsi, sərhəd idarəetməsinin inkişaf etdirilməsi və Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin digər funksiyalarının həyata keçirilməsində kifayət qədər imkanları var.

Müzakirələrdə, eyni zamanda Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan nümayəndələr, Avropa Xarici Siyasət Xidməti, üzv dövlətlər və bir sıra təşkilatlardan ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri bu kimi müzakirələrin müntəzəm olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti