...

Azərbaycanda seçici siyahıları ilə bağlı MSK-ya dörd mindən çox müraciət daxil olub

Siyasət Materials 27 Sentyabr 2013 12:47 (UTC +04:00)
Azərbaycanda president seçkiləri prosesi zamanı seçici siyahıları ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinə 4035 müraciət daxil olub.
Azərbaycanda seçici siyahıları ilə bağlı MSK-ya dörd mindən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 27 sentyabr / Trend, müxbir İ.İzzət/

Azərbaycanda president seçkiləri prosesi zamanı seçici siyahıları ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinə 4035 müraciət daxil olub.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov MSK-da yaradılmış veb-kameralara texniki nəzarət mərkəzinə baxış zamanı bildirib.

R. Gülməmmədov deyib ki, bunlardan 355 müraciət anonim olduğundan onların təminatı mümkün olmayıb.

Mərkəzinin rəhbəri qeyd edib ki, səsvermə günü seçki məntəqələrində prosesə nəzarət etmək üçün bu məntəqələrdə quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir texnologiyalarla təmin edilib və tam hazır vəziyyətdədir, məntəqələr rabitə və informasiya texnologiyaları ilə tam təchiz ediliblər.

O vurğulayıb ki, ölkədə İKT-nin inkişaf etdirilməsinə dair Prezident İlham Əliyevin 2013-cü ilin "İKT ili" elan edilməsi ilə əlaqədar verdiyi sərəncamdakı müddəalardan biri də seçki sahəsində İKT-nin tətbiqinin genişləndirilməsi ilə bağlıdır. Bununla əlaqədar MSK-da da müasir İKT sisteminin tətbiqi genişləndirilib. "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi tam müasir texnologiyalar əsasında yenidən qurulub.

Mərkəzin müdirinin sözlərinə görə, nəticələrin operativ və keyfiyyətli şəkildə ötürülməsi üçün mərkəzdə böyük ekran quraşdırılıb. Ekranda eyni zamanda 4 müxtəlif məzmunlu məlumatları, o cümlədən 15 monitoru izləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti