...

Elnur Aslanov: Azərbaycan xalqın iradəsinin azad və ədalətli seçkilərin gedişində əks olunması üçün zəruri tədbirlər görəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Sentyabr 2013 16:24 (UTC +04:00)
Azərbaycan demokratiya yolunda böyük inkişafa nail olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Today's Zaman" qəzetinin saytına verdiyi müsahibədə bildirib.
Elnur Aslanov: Azərbaycan xalqın iradəsinin azad və ədalətli seçkilərin gedişində əks olunması üçün zəruri tədbirlər görəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:25-də yayılıb)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Y.Kosolapova/

Azərbaycan demokratiya yolunda böyük inkişafa nail olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Today's Zaman" qəzetinin saytına verdiyi müsahibədə bildirib.

E.Aslanovun sözlərinə görə, ictimai rəyin öyrənilməsi ilə bağlı son sorğular onu göstərir ki, əhalinin 80 faizi İlham Əliyevi dəstəkləyir və hazırkı Prezident gələn ay keçiriləcək seçkilərdə çox güman ki üçüncü dəfə qalib gələcək.

PA rəsmisi bildirib ki, Azərbaycanda siyasi islahatlar iqtisadi inkişafla paralel gedir, neft gəlirləri isə Azərbaycanı 1990-cı illərin əvvəlində olduğu kasıb ölkədən regionun liderinə çevirib.

Onun sözlərinə görə, demokratik proseslərin və institutların yaradılması və möhkəmləndirilməsi Azərbaycan hökumətinin öhdəliyidir və bu istiqamətdə əhəmiyyətli addımlar atılıb.

E.Aslanov müstəqil KİV-lərin, həmçinin internetə maneəsiz çıxış imkanlarının olmasının ölkədə istənilən siyasi qüvvənin öz proqramını elektorata çatdırması üçün geniş platforma yaratdığını vurğulayıb: "Bir sıra bloqerlərin, siyasi partiyaların, KİV-lərin, internet kanalların, teleradio stansiyalarının fəaliyyəti Azərbaycanda demokratiyanın inkişaf etdiyini sübut edir".

Onun sözlərinə görə, ən yaxşı demokratiya gələcəyə yeni baxışla yeni intellektual nəsilin yetişməsi nəticəsində yaranır: "15 min azərbaycanlı tələbənin xaricdə təhsil alması gələcəkdə Azərbaycanın iqtisadi və siyasi inkişafı üçün səmərəli mühiti təmin edəcək yeni "intellektual sinif"in yaranması deməkdir".

E.Aslanov qeyd edib ki, son 10 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 6 faizədək azalıb, dövlət büdcəsi isə 10 dəfə artaraq təqribən 30 milyard dollara çatıb. Hazırda Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın büdcəsindən böyükdür:

"Azərbaycan iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının, demək olar, 80 faizini təşkil edir ki, bu da açıq-aşkar Azərbaycanın inkişaf etdiyini sübut edir".

O deyb ki, paytaxt Bakının, həmçinin regionların mənzərəsi sürətlə dəyişir, bir milyondan çox iş yeri yaradılıb. Hökumət yaşayış şəraitini və gənclərin işlə təmin olumasını yaxşılaşdırmaq üçün ciddi tədbirlər görür. Həmçinin hökumət tərəfindən gənclərə göstərilən maliyyə dəstəyi son 10 il ərzində 100 dəfə artıb.

Ölkədə siyasi müxalifətə gəlincə, E.Aslanov qeyd edib ki, müxalifət liderlərinin cəmiyyətin həyatının yaxşılaşdırılması üzrə konkret təşəbbüsləri yoxdur. Dövlətin neft gəlirləri hesabına icra olunan xarici investisiyaların Azərbaycana qaytarılması və əhali arasında paylanması təklifi ondan xəbər verir ki, onların inflyasiya və maliyyə idarəetməsi barədə cüzi təsəvvürləri belə yoxdur.

PA rəsmisi təsdiq edib ki, seçkinin gedişi zamanı hərtərəfli demokratik şərait yaratmaq üçün tədbirlər görülür: "Hərçənd "ideal seçkilər" fikri hətta dünyanın aparıcı demokratik ölkələrində bir qədər utopikdir və Azərbaycan xalqın iradəsinin azad və ədalətli seçkilərin gedişində əks olunması üçün zəruri addımlar atacaq".

E.Aslanov xatırladıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasına daxildir və 2014-cü ildə planlaşdırılmış NATO qoşunları və hərbi texnikasının Əfqanıstandan çıxarılması üçün əsas tranzit ölkədir. O, əlavə edib ki, Azərbaycan tezliklə regionun gələcəyini formalaşdıran ölkə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti