...

Rəsul Quliyev: Milli Şuranın mitinqləri multfilmə oxşayır

Siyasət Materials 3 Oktyabr 2013 10:38 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev Milli Şuranın keçirdiyi mitinqləri yenə ələ salıb və müxalifəti sərt tənqid edib.
Rəsul Quliyev: Milli Şuranın mitinqləri multfilmə oxşayır

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev Milli Şuranın keçirdiyi mitinqləri yenə ələ salıb və müxalifəti sərt tənqid edib.

Trend-in məlumatına görə, R.Quliyev "Kanal 13"ə skayp vasitəsilə verdiyi müsahibəsində mitinqlərdə getdikcə daha az adamın iştirak etdiyini diqqətə çatdırıb: "Mənim deməyin lazım deyil, siz gərək özünüz onun cılızlığını o dəqiqə hiss edəsiniz. Siz bizim qonşu ölkələrdə baş vermiş mitinqləri götürüb Azərbaycandakı mintinqlərlə müqayisə edib nəticə çıxarmalısınız. İkinci mitinqdə də birinci mitinq kimi iştirakçıların sayı az idi, birinci mitinqdə çıxış edənlər ikinci mitinqdə də eyni şəkildə, eyni parametlərdə çıxış etdilər". R.Quliyev deyib ki, buna qətiyyən yol vermək olmazdı: "Bəli, mitinq multfilmə oxşayır, eyni adamlar, eyni sözlər. Bilirsiniz, bu multfilmdir, çünki Cəmil müəllim gəlib orada çıxış edir və onun da yanında dayanan, çıxış edən adamlar var. Bu nə deməkdir? Bu o deməkdir ki, o mitinqi aparanlar, Cəmil müəllimin yanında dayanıb çıxış edənlər Cəmil müəllimin gələcəkdə yaradacağı hakimiyyətin komandasıdır. Ay balam, ağlınızı başınıza yığın, o komandaya kim səs verər? 20 ildir o komandaya heç kim səs vermir və verə də bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti