...

Məzahir Pənahov prezident seçkilərini izləyəcək müşahidəçiləri gördüklərini yazmağa çağırıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Oktyabr 2013 17:17 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərini izləyəcək müşahidəçiləri öz gördüklərini yazmağa çağırıb.
Məzahir Pənahov prezident seçkilərini izləyəcək müşahidəçiləri gördüklərini yazmağa çağırıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərini izləyəcək müşahidəçiləri öz gördüklərini yazmağa çağırıb.

Trend-in məlumatına görə, MSK sədri qeyd edib ki, seçki prosesində ən ağır proses imza toplamaq və müşahidə aparmaqdır:

"Müşahidə aparmaq üçün insanları cəlb edən maliyyə mənbələrinə müraciət edirəm ki, bəzən sizin pulunuzu alırlar, sonra isə işləmirlər. Cəmi bir saat məntəqədə olaraq gün ərzində müxtəlif qayda pozuntuları barədə rəy yazan müşahidəçilər bilməlidirlər ki, bütün fəaliyyətləri göz qabağındadır".

M.Pənahov deyib ki, əgər bir müşahidəçi yarım saat müşahidə aparacaq və həqiqətən də həmin vaxt çərçivəsində qanun pozuntusunu aşkar edəcəksə, həmin məsələni MSK tam ciddiliklə araşdıracaq: "Azərbaycanda düzgün seçki keçirilməsinin ilk növbədə biz marağında olmalıyıq. Mən bütün seçiciləri fəal olmağa, vətəndaş mövqeyi nümayiş etdirməyə çağırıram".

MSK sədri deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının ilkin hesabatında həqiqətə uyğun olmayan məqamlar yer alıb:

"Bəzi halda elə iradlar səsləndirirlər ki, bu qurumu hörmətdən salır. Oxuduqca hesabatda yazılanları təəccüblə qarşılayıram. Onlar hesabatı dəyişən deyillər, çünki müəyyən tapşırıq alıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti