...

Məzahir Pənahov: Azərbaycan seçiciləri bu gün keçirilən seçkilərdə öz fəallığını nümayiş etdirəcəklər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Oktyabr 2013 08:04 (UTC +04:00)
Bu gün keçirilən prezident seçkilərini Azərbaycan ictimaiyyəti ilə yanaşı beynəlxalq ictimaiyyətin 1400 beynəlxalq müşahidəçisi də izləyəcək.
Məzahir Pənahov:  Azərbaycan seçiciləri bu gün keçirilən seçkilərdə öz fəallığını nümayiş etdirəcəklər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu gün keçirilən prezident seçkilərini 52 min yerli müşahidəçi müşahidə edəcək ki, onlardan da 1400-ü beynəlxalq müşahidəçidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü prezident seçkisinin başlanması münasibətilə keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M.Pənahov deyib ki, bu seçkilərə hazırlıq dövründə MSK şəffaflıq prinsipinə ciddi əhəmiyyət verdiyi üçün müşahidə etmək üçün bütün şərait yaradıb, həmçinin əvvəllər məntəqələrin 10 faizində veb kameralar quraşdırılırdısa, hazırda 20 faiz məntəqədə, yəni 1000 məntəqədə veb kamera quraşdırılıb ki, bu da bütün dünyadan seçkiləri canlı izləmək imkanı yaradır.

MSK sədri deyib ki, xoşagəlməz halların baş verməsindən heç kəs sığortalanmayıb, lakin biz bütün tədbirləri görmüşük ki, heç bir xoşagəlməz hal baş verməsin: "Azərbaycan seçiciləri bu gün keçirilən seçkilərdə öz fəallığını nümayiş etdirəcəklər. Azərbaycanda prezident seçkiləri hər zaman xüsusi fəallıqla seçilib. Hesab edirəm ki, Azərbaycan seçiciləri öz gələcək 5 illik taleyinə biganə qalmayacaq".

MSK sədri Azərbaycan seçicilərini mütəşəkkil şəkildə seçkidə iştiraka çağırıb.

M.Pənahovun sözlərinə görə, beynəlxalq ictimaiyyətə göstərmək lazımdır ki, Azərbaycanda real vəziyyət necədir və bunu çatdırmaq KİV-in üzərinə düşür: "Seçkilərin ilkin nəticələri ilə bağlı məlumatlar çox operativ olaraq çatdırılacaq".

MSK sədri qeyd edib ki, səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində beş dəfə - saat 10:00, 12:00, 15:00, 17:00, 19:00-da veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti